13 C
Baku
Tuesday, May 7, 2024

Bitkoin 5 saat ərzində $2 min dəyər itirib

Fevralın 8-i bitkoinin məzənnəsi 45 400 dollara çatmışdı ki, bu da aylıq maksimum olub. Lakin sonrakı 5 saat ərzində dünyanın ən populyar kriptovalyutası 2 min dollardan çox ucuzlaşaraq 43 200 dollara düşüb. Bununla belə, dinamikaya baxmayaraq, yanvarın 24-ü qeydə alınan kəskin enişdən sonra bitkoin bərpa olmaya davam edir.

Banker.az xəbər verir ki, son sutka ərzində müxtəlif kriptovalyutalarla yanaşı, altkoinlər də bahalaşıb. Kapitallaşmaya görə ən böyük sikkələr arasında bunlar olub: XRP – 23%, 0.9 dollar, Cardano – 8%, 1.25 dollar, Avalanche – 11%, 92 dollar, Ethereum – 4%, 3200 dollar.

“Bloomberg”in strateqi Mayk Makqloun bitkoinin cari artım daxilində marjinal dəyərini 100 min dollar olaraq qiymətləndirib. Treyder Castin Benner öz növbəsində yaxın gələcəkdə bitkoinin 46 min dollar çata biləcəyini proqnozlaşdırıb.

Dünyanın ən varlı insanı milyarder İlon Maskın sahib olduğu “Tesla” şirkəti bitkoinin ucuzlaşmasından sonra 100 milyon dollardan çox pul itirib. Bu barədə şirkət ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi illik hesabatda məlumat verib.

Həmçinin sənədlərdən belə çıxır ki, avtomobil istehsalçısı təxminən 2 milyard dollar dəyərində kriptovalyutalara sahibdir.

coindesk BTC chart 2022 02 09

Son xəbərlər
 ⁠
Digər xəbərlər