25 C
Baku
Friday, April 19, 2024

Bitkoin bir gecədə $3 min ucuzlaşıb

Noyabrın 22-nə keçən gecə bitkoinin qiyməti 3 min dollar (5%) azalıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:40-da kriptovalyuta 57.2 min dollara satılıb, kapitallaşması isə 1.08 trilyon dollar təşkil edib.

Ümumilikdə, həftə ərzində aktiv 12.5% ucuzlaşıb. Xatırladaq ki, noyabrın 10-da bitkoin rekord 69 min dollara çatıb. O vaxtdan bəri kriptovalyutanın qiyməti 17% düşüb.

BTC 1D graph coinmarketcap 1

Bitkoinlərin təxminən 81.7%-i uzunmüddətli sahiblərin payına düşür. Ən populyar kriptovalyutanın bazar təklifinin 18.3%-i qısamüddətli sahiblərin (sikkələrin 155 gündən çox olmayan müddətə alınması) əlindədir. 56-69 min dollar aralığında investorlar bitkoinin bazar təklifinin 17%-ni əldə ediblər.

Son xəbərlər
Digər xəbərlər