-1 C
Baku
Sunday, December 15, 2024

Bitkoin, cari ilin yanvarından bu tərəfə ilk dəfə $30 000-dən aşağı düşdü

Bitkoin Çinin üçüncü ən böyük banklarından birinin “qadağa xəbərdarlığı” ardından yenidən çökür. Qiyməti 2021-ci ilin yanvarından bu tərəfə ilk dəfə 30 min dollardan aşağı endi.

Banker.az xəbər verir ki, ən çox yatırım edilən bu elektron pul demək olar ki 2021-ci il ərzində qazandığı qiyməti itirməli olmuşdur.

Bitkoin 2021-ci ilin aprel ayının ortalarında 64 min dollara qədər yüksəlsə də, həmin tarixdən bu tərəfə 50% qiymət itkisi ilə üzləşib. İl üzrə isə cəmi 5% artım vardır.

Bakı vaxtı ilə 16:55 radələrində Bitkoinin biri $29 745 dollar təşkil edib. Bu isə 24 saat ərzində 7.4%, son bir həftədə isə 27% ucuzlaşması deməkdir.

Məşhur kriptovalyuta ilin əvvəlindən 29 min dollar ticarət qiyməti ilə start götürmüşdü.

Bu elektron pulun ucuzlaşmasında Çinin Kənd Təsərrüfatı Bankının qoyduğu qadağa və İlon Maskla əlaqəli bəzi xəbərlərin dolaşması mühüm təsirlərə malikdir. Həmçinin, Avropa Mərkəzi Bankının (ECB) icra heyətinin üzvü Fabio Panetta kriptoaktivləri “təhlükəli heyvanlar” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər