25 C
Baku
Friday, April 19, 2024

Bitkoinin qiyməti 42 min dollardan aşağı düşüb

Bitkoinin məzənnəsi düşməkdə davam edir – dünyanın ən populyar kriptovalyutasının qiyməti 42 min dollardan aşağı enib.

Banker.az xəbər verir ki, məzənnənin və satışların düşməsinin səbəblərindən biri Qazaxıstandakı mayninq mərkəzlərinin internetin kəsilməsi nəticəsində fəaliyyətini dayandırmasıdır.

“CoinMarketCap”ın məlumatına əsasən, son 24 saat ərzində bitkoinin qiyməti 3.25% ucuzlaşıb və 41 751 dollara düşüb. Ekspertlərin sözlərinə görə, kriptovalyutanın məzənnəsi 2021-ci ilin sentyabr ayı göstəricilərinə qayıdıb.

coindesk BTC chart 2022 01 07

Həftə ərzində digər kriptovalyutaların da dəyəri azalıb. Məsələn, “Ethereum” 13.2% ucuzlaşaraq 3 200 dollara düşüb. Beləliklə, efirin kapitallaşması 451 milyard dollardan 386 milyard dollara qədər azalıb. “Salona” məzənnəsi 18.2% (138.8 dollar), “Shiba Inu” – 14% (0.00002903 dollar), “Dogecoin” – 10.3% (0.1523 dollar) ucuzlaşıb.

“TTRCoin.com”un vurğuladığı kimi, kriptovalyuta bazarında əvvəlki gün ərzində 810 milyon dollardan çox mövqe ləğv edilib. Treyderlər təkcə bitkoin fyuçerslərindən 317 milyon dollar itiriblər. Dekabr ayı ilə müqayisədə fyuçers bazarında aktiv mövqelərin həcmi 15% azalıb.

Son xəbərlər
Digər xəbərlər