Fevralın 7-ində səhər saatlarında “Binance” kriptobirjasında bitkoinin qiyməti yanvarın 20-sindən bəri ilk dəfə 43 min dollara çatıb.
Banker.az xəbər verir ki, gün ərzində kriptovalyuta 3% bahalaşıb, həftə ərzində artım 13% təşkil edib. “CoinGecko”nun məlumatına görə, Bakı vaxtı ilə saat 10:40-da aktiv 42.7 min dollara olub, kapitallaşması isə 811 milyard dollar təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin noyabrında kriptovalyuta bütün zamanlardan ən yüksək səviyyəsini yeniləyərək 69 min dollara çatıb. O vaxtdan bəri aktiv 38% ucuzlaşıb.
Yanvarın sonunda kriptovalyuta birjalarından 40 mindən çox BTC çıxarılıb. Bitkoinlərin ən böyük axını keçən ayın son həftəsində olub. Bu, fəal alışla əlaqələndirilir. Məsələn, 2021-ci ilin may ayında bitkoinin məzənnəsi bir gündə üçdə bir dəfə azalaraq 30 min dollara düşüb. İstifadəçilər o vaxtın məzənnəsi ilə 7 milyard dollara təxminən 175 min BTC-ni çəkiblər.