12 C
Baku
Friday, March 29, 2024

Biznes dünyasından maraqlı faktlar

  • Bu gün Amazon bir saniyəyə 158 məhsul satır.  
  • Volkswagen – Bentley, Bugatti, Lamborghini, Audi, Ducati və Porsche kimi avtomobil markalarının sahibidir.
  • 1997-ci ildə Yahoo Google şirkətini cəmi 1 milyon dollara almaqdan imtina etmişdi. İndi Google-ın dəyəri 250 milyard dollaradır.
  • “Face”, “book”, “wall”, “poke” və “like” sözləri Facebook-da ticarət markaları kimi qeydiyyatdan keçib.  
  • Yer üzündə hər bir şəxs üçün Lego 50-dən çox hissəcik yaradıb.
  • “Gangnam Style” Youtube-da milyarddan çox baxış toplamış ilk video çarxıdır.  
  • 2010-cu ildə McDonald’s qida qalıqlarını evsizlərə payladıqları üçün 155 əməkdaşını işdən azad edib.
  • Stiv Cobs “Oyuncaqların hekayəsi” (Toy Story) cizgi filminin icraçı prodüsseri olub.
  • Facebook-da təxminən 25 milyondan artıq vəfat etmiş insanın account-u mövcuddur.
  • Finlandiyada sürətin artırılmasına görə cərimə sürücünün illik gəlirinə əsasən müəyyən edilir. Bir dəfə bir nəfər 200.000 dollar cərimə olunub.
  • Louis Vuitton brendinin məhsullarını endirimlə almaq mümkün deyil. Satılmayan əşyaları şirkət sadəcə yandırır.
  • Fender gitaralarını yaradan Leo Fender heç vaxt gitara çalmağı bacarmayıb.
  • Orta statistik işçi bazar ertəsi günü təxminən 3,5 saat məhsuldardır.
  • “Qara Cümə” günü (Black Friday) xərclənən pullar ilə bütün dünyadakı ac uşaqları 2 il boyunca qidalandırmaq olar.
  • Bil Geyts hər saniyə 250 ABŞ dolları qazanır.
  • Con Rokfeller müasir dövrdə dünyanın ən zəngin adamından 4-5 dəfə daha zəngin idi.  
  • Rubik Kubu bütün zamanlarda ən çox satılan məhsuldur. İkinci yeri isə iPhone tutur.
     

 

Son xəbərlər
Digər xəbərlər