2028-ci ildə Çin iqtisadiyyatı Amerika iqtisadiyyatını geridə qoyacaq.
Banker.az “VC.ru”ya istinadən xəbər verir ki, bu barədə “Centre for Economics and Business Research” (CEBR) tədqiqatına istinadən “Bloomberg” yazıb. Nəşrin bildirdiyi kimi, bunun əsas səbəbi Çinin koronavirus pandemiyasının öhdəsindən gəlməsi və daha sürətli “sağalması” olacaq.
Xatırladaq ki, 2019-cu ildə mütəxəssislər Çinin ABŞ-ı 2033-cü ildən tez keçməyəcəyini proqnoz etmişdilər. Üstəlik, Asiya ölkəsi olan Hindistan 2030-cu ilədək dünya iqtisadiyyatlarının reytinqində üçüncü yerə çıxa bilər (hal-hazırda o, altıncı yerdədir).
Ən böyük iqtisadiyyatlar reytinqində ikinci yeri Çin tutacaq, ardınca isə Yaponiya, Almaniya, Böyük Britaniya, Hindistan və Fransa gələcək. CEBR-in proqnozuna görə, 2030-cu ilədək ilk üçlük bir sətir aşağı enəcək və 2035-ci ilədək o səviyyədə qalacaq.
Koronavirusun zərbə vurduğu Çin iqtisadiyyatı səlahiyyətlilərə görə çox sürətlə “sağalıb” və bu, Qərb ölkələri Asiyada baş verənlərə daha diqqətli olmağa sövq etməlidir.