1 C
Baku
Saturday, December 14, 2024

BMT baş katibi: “Gələn il dünyada ciddi qida çatışmazlığı olacaq”

2023-cü ildə dünyada ciddi qida çatışmazlığı olacaq

Belə bir xəbərdarlıqla BMT-nin baş katibi Antoniu Quterreş Ukraynanın Dövlət Müstəqilliyi Günündə növbəti sülh çağırışında bildirib.

Baş katib, dünyada bir çox fermerin artıq növbəti mövsüm üçün əkin sahələrini azaltmağı planlaşdırdığını dilə gətirib.

A.Quttereş BMT Təhlükəsizlik Şurasındakı çıxışında Ukrayna xalqının sülhə ehtiyacı olduğunu və bölgədə davamlı sülhün bərqərar olunmasının vacibliyinə diqqət çəkib.

Altı aydır davam edən Rusiya-Ukrayna müharibəsini şərh edən A.Quterreş deyib ki, onun nəticələri Ukraynadan çox-çox uzaqlarda hiss olunur.

“Rusiya-Ukrayna müharibəsi münaqişələrdən, bərabərsizlikdən, səhiyyə problemlərindən, pandemiya sonrası iqtisadiyyatdan və iqlim böhranından bezmiş qlobal sistemdə yeni zəiflikləri ortaya qoydu. Ərzaq, gübrə və yanacaq qiymətlərindəki sürətli artım dünyada milyonlarla insanı yoxsulluğa sürükləyən, aclıq və qida çatışmazlığını artıran qlobal böhrana səbəb olub”, – BMT rəhbəri vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər