5 C
Baku
Saturday, December 14, 2024

BMT rəsmisi : “Sosial media qütbləşməni və bəzən də zorakılığı alovlandırır”

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni bir təhlükə elementinə diqqət çəkib.

Banker.az xəbər verir ki, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari di Karlo BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə rəqəmsal texnologiyaların həyatın bütün sahələrində qeyri-məhdud imkanlar təqdim etməklə yanaşı, həm də yeni risklər yaratdığını bildirib.

Karlo narahatlığını belə ifadə edib: “Həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən siyasi və hərbi məqsədlər üçün rəqəmsal texnologiyaların istifadəsi 2015-ci ildən bəri təxminən 4 dəfə artıb. Eyni zamanda, ölümcül avtonom silahlar güc tətbiqində insan məsuliyyəti ilə bağlı suallar doğurur”.

Di Karlo, insan müdaxiləsi olmadan insanların həyatına son qoyan alətlərin “siyasi baxımdan qəbuledilməz və əxlaqi baxımdan iyrənc” olduğunu və bu alətlərin beynəlxalq hüquqla qadağan edilməli olduğunu bildirib.

Qeyri-dövlət subyektlərinin ucuz və geniş yayılmış rəqəmsal texnologiyalardan istifadə etməkdə getdikcə daha da bacarıqlı olduqlarını qeyd edən di Karlo, İŞİD və Əl-Qaidənin məşğulluq və planlaşdırma üçün sosial media platformalarından aktiv istifadə etdiyini və bu kanallarda pul yığdıqlarını bildirib. O qeyd edib ki, müəyyən cəmiyyətlər və şəxslər rəqəmsal texnologiyalardan istifadə edilərək müşahidə edilir və hədəf alınır. Di Karlo əlavə edib ki, sosial media qütbləşməni və bəzən də zorakılığı alovlandırır.
Son xəbərlər
Digər xəbərlər