“2020-ci ildə dünyada yoxsulluğun səviyyəsi son 22 ildə ilk dəfə artıb”.
Bunu BMT-nin baş katibi Antonio Qutyerreş açıqlayıb.
“Gözlənildiyi kimi, həssas məqamda, həmçinin münaqişələr şəraitində iqtisadi aktivliyin düşməsi əlavə olaraq 18 milyondan 27 milyonadək insanı yoxsulluğa məruz qoyacaq”, – o bildirib.
A.Qutyerreş dünyada gender bərabərsizliyinin kəskinləşdiyini də vurğulayıb.