13 C
Baku
Saturday, April 27, 2024

“BMW” nin gəliri birinci rübdə 75% düşüb

Alman avtomobil istehsalçısı olan “Bayerische Motoren Werke” şirkətinin gəliri birinci rübdə 75% aşağı düşüb, bunun əsas səbəbi kimi Aİ-da aparılan istintaq prosesləri göstərilir.

Banker.az xəbər verir ki, cari ilin yanvar-mart ayları ərzində xalis mənfəət 561 milyon avro, ötən ilin analoji dövründə bu rəqəm 2,26 milyard avro təşkil edib.

2019-ci ilin birinci rübündə vergi və faiz ödəmələri 78% azalaraq 589 milyon avro təşkil edib. Xatırladaq ki, ötən il bu göstərici 2,71 milyard avro olub. Beləliklə, şirkətin gəliri 0,9% azalaraq 22,46 milyard avroya düşmüş olub.

Avropa İttifaqının apardığı istintaq prosesində “BMW”, “Daimler” və “Volkswagen” avtomobil istehsalçıları diqqət mərkəzində olublar. Konsernlər zərərli maddələrin emissiyasını azaldılması üçün mövcud olan texnologiyaların inkişaf və tətbiq edilməsini məhudlaşdırılmasında ittiham olunurlar.

“BMW” nin rentabelliyi 9,7%-dan 1,6%-a qədər aşağı düşüb. Şirkət 310 milyon avro zərər çəkib.

“BMW”, “Mini” və “Rolls-Royce” markaları altında avtomobil satışları yanvar-martda keçən ilin eyni dövründəki 604.629 ədədlə müqayisədə 0,1% artaraq 605,333 ədəd təşkil edib. Eyni zamanda, “Rolls-Royce” satışları 49,4% artaraq 1206 ədəd təşkil edib.

Motosiklet satışları ötən ildə 35,858 ədədlə müqayisədə 7,7% artaraq 38,606 ədəd təşkil edib.

Avropada avtomobil satışları 0,1% artaraq 270,950 ədədə, İngiltərədə isə1,8% artıb. Asiyada satışlar 2,1% artaraq 217,2 min ədədə qədər, Çində isə 10,2% artıb.

Şimali və Cənubi Amerikada satışlar 2% azalaraq 104.215 ədəd, ABŞ da daxil olmaqla, 1.7% artaraq 83.158 ədəd təşkil edib.

Şirkətin səhmləri 1,2% aşağı düşüb. Kapitallaşma 3,8% artaraq 49,19 milyard avroya çatıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər