10 C
Baku
Thursday, December 12, 2024

“Boeing 737 MAX” təyyarələrinin uçuşları oktyabr ayına qədər bərpa ediləcək

“Boeing” konserni “737 MAX” modelindən olan təyyarələrin konstruksiyasında aşkarlanan yeni potensial risk mənbəyini yalnız oktyabr ayına qədər bərpa edə biləcək.

Reuters informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə konsernin rəhbərliyində olan mənbə deyib.

Məlumata əsasən, nasazlıq aradan qaldırıldıqdan sonra ABŞ Federal Aviasiya İdarəsi bir sıra yoxlamalar aparacaq və yenilənmiş “Boeing 737 MAX” təyyarələrinin sertifikasiya sınaq uçuşlarını həyata keçirəcək. Bu proses ən azı iki-üç həftə vaxt aparacaq. Beləliklə, laynerin uçuşları oktyabr ayından tez olmayaraq bərpa edilə bilər.

Bir qədər əvvəl məlumat verilmişdi ki, ABŞ Federal Aviasiya İdarəsinin ekspertləri ötən həftə trenajorda sınaqlar zamanı “737 MAX” ailəsindən olan təyyarələrin konstruksiyasında yeni potensial risk mənbəyi aşkarlayıb. Prosessorun işində baş verən müəyyən səhv təyyarənin quyruğunun horizontal oxda idarəolunmaz yer dəyişməsinə səbəb olurmuş. Amerika tənzimləyicisi təyyarə istehsalçısından həmin təhlükə mənbəyini aradan qaldırmağı tələb edib.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi bu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. Belə ki, 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik səbəbindən “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər