BOKT 2022-ci ili 766 min manat mənfəətlə başa vurub, vergidən sonra xalis mənfəət 612 min manat təşkil edib.
Banker.az bu barədə BOKT-ın audit hesabatına istinadən xəbər verir.
2022-ci ildə BOKT-ın faiz gəlirləri 1536 min manat, faiz xərcləri 323 min manat, qeyri-faiz gəlirləri 80 min manat, qeyri-faiz xərcləri 527 min manat təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-ın aktivləri 4,8 mln. manat olub ki, bu da 1 il əvvələ nisbətən 11% çoxdur. Bunun 4,6 mln. manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-ın kredit portfeli 9% artıb.
Hesabat dövründə BOKT-ın öhdəlikləri 5.4% artaraq 3,9 mln. manata, balans kapitalı isə 3 dəfə artaraq 912 min manata çatıb.
Xatırladaq ki, BOKT “Kredex” QSC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
Audit hesabatın tam versiyasını buradan yükləmək mümkündür.