13 C
Baku
Saturday, May 18, 2024

Bolqarıstan Rusiyadan daha ucuz qaz tədarükçüsü tapıb

Bolqarıstan ABŞ-dan mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı razılığa gəlib. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, qaz “Qazprom”un qiymətindən aşağı qiymətə satılacaq.

Bolqarıstan hökumətinin saytında deyilir ki, ölkənin Baş naziri Kirill Petkov ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə görüşüb və Sofiya ilə Vaşinqton arasındakı strateji tərəfdaşlıq məsələsini müzakirə edib.

Bundan əvvəl Bolqarıstan Energetika Nazirliyi aprelin 27-sindən etibarən Rusiyadan qaz nəqlinin dayandırıldığını açıqlayıb.

Rusiya qazının istehlakçıları üçün ödəniş müddəti aprelin sonunda başa çatır. Bu dəfə Rusiya tərəfdaşlarından qazın pulunu rublla ödəməyi tələb edib və Bolqarıstan hakimiyyəti yeni proseduru riskli və hazırkı müqavilədə nəzərdə tutulmayan adlandırıb.

“Rusiya tərəfinin təklif etdiyi yeni iki mərhələli ödəniş proseduru ilin sonuna qədər qüvvədə olan müqaviləyə uyğun gəlmir və Bolqarıstan tərəfi üçün əhəmiyyətli risklər daşıyır, o cümlədən Rusiya tərəfdən qaz almadan ödənişlər həyata keçirir”, – deyə Bolqarıstan tərəfi açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər