15 C
Baku
Saturday, April 20, 2024

Böyük işlər kiçik danışıqlardan başlayır!

Kiçik danışıq – bu elə bir söhbət növüdür ki, onun mövzusu bütün həmsöhbətlərə maraqlı və ürəyəyatan olur, çox vaxt “böyük” danışıqlar mövzusu ilə əlaqəli olmur. Kiçik danışıq daha çox tərəfdaşından söz almaq – onu danışdırmaq məqsədi güdür.

Lakin onun funksiyaları bu məsələ sərhədlərindən xeyli kənara çıxır. Con Karterin araşdırması göstərdi ki, menecerlərin iştirak etdiyi danışıqların əhəmiyyətli bir hissəsi kiçik danışıqların payına düşür. 

Kiçik danışıqlar
 – məcburi olmayıb, xoş ab-havada keçirilir, ailə məsələləri, xobbi və məzəli əhvalatlar haqqında danışılır. Bu söhbətlər adətən təsadüfi, yol üstü, əhəmiyyətsiz bir şeylərdən yaranır. O kəpənək kimi yüngüldür və sanki onun uçuşu heç kəs tərəfindən nə planlaşdırılmır, nə də nəzarət olunmur. Lakin bu yalnız zahiri təzahürdür.

Kiçik danışıqlar simpatiyanın və qarşılıqlı etibarın əsasını qoymaqdan ötrü yaradılmış xoş, münasib psixoloji mühitin yaradılmasıdır.

Kiçik danışıqlar həmsöhbətin şəxsi ekspert zonası ətrafında olmalı, həyatın ona maraqlı və xoş tərəflərinə toxunmalıdır.

Hər bir insanda peşəkar və şəxsi ekspert zonaları olur. Zonalarda müxtəlif təmas, kəsişmə sahələri ola bilər. Nəzəri cəhətdən elə bir insan təsəvvür etmək olar ki, onun həm peşəkar, həmdə şəxsi zonaları tamamı ilə üst-üstə düşsün, yəni o ona işdə də evdə də eyni işlə məşğul olmaq, eyni bir şey haqqında fikirləşmək və  o haqda danışmaq maraqlı olsun. Əksər insanlar da isə ev, şəxsi həyat və xobbilər vardır.

Kiçik danışıqların əla növü (yüksək səviyyəsi) o hesab olunur ki, sən özünün deyil, tərəfdaşının şəxsi ekspert zonasında söhbət aparasan.

Şəxsi danışıqların əsl mahir ustadları isə bizim İsveçli həmkarlarımızdır. İlk əvvəllər onların öz aralarında və ya mənimlə boş-boş şeylər haqqında müntəzəm olaraq söhbətlərə qoşulmağı və buna necə diqqətlə yanaşmaqları məni heyrətə gətirirdi. Sonra isə mən, səninlə belə “boş söhbət” aparmağın nə qədər zövq verici olduğunu dərk etməyə başladım. Birdən özünü ingilislərin dili ilə desək, çox xoş, bihuşedici yüngül və məzəli bir söhbətdə hiss edirsən. Böyük sevinc və həvəslə öz çəpərini hansı rəngdə boyatdırdığını və ya hansı rəngli rəqəmlərə üstünlük verdiyin haqqında təəssüratlarınla paylaşırsan. Bir də baxırsan ki, özün də hiss etmədən kiçik danışıq kəpənəyinin uçuşundasan.

Bələ məlum olur ki, bu kəpənək öz gəlişi ilə həm də böyük danışıqlar prosesindəki psixoloji ab-havanı da dəyişmək iqtidarındadır. İlk növbədə kiçik danışıq münasib emosional ton yaradır. Sonra isə böyük danışıqlar başlayır və əgər onun gedişində hər hansı bir mənfi gərginlik yaranarsa, kiçik danışıqlar sizə müsbət gərginlik zonasına qayıtmağa kömək edir. Bu böyük danışığın davam etdiyi müddət ərzində bir neçə dəfə baş verə bilər. Kiçik danışıq kəpənəyi dərhal fikirlərin toqquşması nəticəsində yaranan münasibətlərdəki soyuqlaşmanı aradan qaldıra, balansı bərpa və vəziyyəti ələ ala bilər.

Başlanğıcda belə bir “ossiloqram” böyük danışıqlar üçün o qədər də təbii görünmürdü. Ciddi müzakirə gedir, kəskin fikir ayrılıqları meydana çıxır. Bəs nəyə görə cafe-break (çay fasiləsində) birdən birə boş şeylər haqqında söhbət etməyə başlayırlar. Ona görə ki, hamı yenidən şənlənsin. İstənilən ciddi münaqişə, fikir ziddiyyətləri kiçik danışıqlar vasitəsi ilə aradan qaldırıla bilər və böyük söhbətlər də hər hansı bir mahiyyət etibarı ilə işlə heç bir əlaqəsi olmayan  gülməli hadisəni xatırlayaraq qəhqəhəli gülüşlərlə yekunlaşa bilər.

Kiçik danışıqlar 
– nəcib bir texnikadır. Danışığa ilk başlayan şəxs öz tərəf müqabilinə qarşı münasibətdə alicənab bir hərəkət etmiş olur. Qədim yunan mifologiyasında Antey öz anası torpaq İlahəsi Qeyaya toxunduqda qüvvət aldığı kimi, sizin həmsöhbətiniz də öz ekspert zonası ilə təmas yaratdıqda daha da güclənir.

Kiçik danışıqların texnikası bunlardır:

  • tərəfdaşından sitat gətirmək
  • nikbin etiraflar
  • informasiya vermə
  • maraqlı əhvalat


1.Tərəfdaşdan sitat gətirmə.
 Yoldaşınızın özü haqqında və maraqları, xobbiləri, danışdığı hadisələrlə bağlı dediklərinə istinad etmək.

Məsələn:
– Siz demişdiniz ki, əvvəllər Suzdalda olmusunuz.
– Əgər düz xatırlayıramsa sən açıq rəngləri sevirsən.
-Yadımdadır, biz sənin bağda özünü günə verməyini neccə xoşladığın barədə danışmışdıq.
-Məhz sizinlə söhbətdən sonra mən qırmaq və tilovla balıq tutmaq arasındakı fərqi anlamağa başladım.

2. Müsbət etiraflar. 
Tərəfdaşınızın həyatındakı hadisələrdən, ümumiyyətlə həyatdakı xoş hadilərədən, yaxşılığa doğru dəyişikliklərdən, tərəfdaşınızın və söhbətdə iştirak etməyən, lakin hər iki həmsöhbətə tanış olan digər insanların nailiyyətlərindən bəhs edərək, müsbət  fikirlərinizi bildirin.

Məsələn:
– Eşitmişəm ki,  bazar günü həmin möcüzəvi festivalda olmusunuz.
– Neçə vaxtdır ki, sizin dəftərinizin dəri cildliyi mənim diqqətimi özünə cəlb edir.
– Dəyəsən mətnlərələ işləyərkən rəngli markerlərdən istifadə etməyə başlamısan. Çox effektiv görünür. Ola bilsin ki, mən də bu üsuldan istifadə etdim.
– Bildiyim qədər, yeni metro xəttini düz sizin evinizin yanından salıblar, elə deyilmi?
– Bax, məhz belə kompüter ekranın həqiqətən də gözlərə ziyanı az olar.
– Mən bir az əvvəl Andreslə qarşılaşdım. Bütün fikri öz işinə cəmləşib. O, yeni bir proyekt üzərində çalışır. Super!


3. İnformasiya vermə.
 Partnyora maraqlı, yararlı və ya xoş olan informasiyanın çatdırılması.

Məsələn:
– Mən idman əşyalar dükanında artıq exolotlu rezin qayıqlar görmüşəm.
– Marina elə indicə mənə yeni il karnavalı üçün nəzərdə tultulmuş libaslar olan dərgini göstərdi.
– Mənə görə ordakı at kostyumu çox məzəlidir.Yeri gəlmişkən Marina hələ getməyib, o məşğələdədir.
– Sən demə, bütün seminar dövrü ərzində özünə vegeterian pəhrizi seçə bilərsən. Bu gün isə göbələk şorbası və tərəvəz qızartması olacaq.
– Mən öyrəndim ki, kim istəsə Ermitaja olan ekskursiya qrupuna qoşula bilər, yazılmaq üçüün Olqa adlı xanıma müraciət etmək lazımdır, hündür sarışın bir qızdır, pencəyinin yaxasında adı da qeyd olunub.
– Alma şirəsi masanın digər qurtaracağındadır (hissəsindədir).
– Jurnalın son sayında dərc olunmuş məlumatlara görə, qadın onu maraqlandıran insanlara nəzər yetirməlidir, kişi isə əksinə onunla maraqlananlara baxmalıdır.

4. Maraqlı əhvalat. 
Əyləncəli, maraqlı, gözlənilməz hadisələrin nəql edilməsi.

Bir dəfə bizim fakültənin müəllimlərindən biri incəsənət akademiyasında psixoloji qavrama mövzusunda məruzə oxumalı olur. Cədvəl üzrə məruzənin 31-ci otaqda keçəcəyini öyrənir və üçüncü mərtəbəyə qalxır. Əvvəlcə 311 və 313- cü otaqların  yanımdan keçir, sonrakı otağın qapısında nömrə olmur. Professor qapını açıb, hər ehtimala qarşı onların 3-cü kurs olub-olmadıqlarını soruşur. Tələbələr  yox deyərək cavab verirlər. Növbəti qapının üzərində yenə nömrə olmur. Müəllim qapını açıb eyni sualı verir: “Bu üçüncü kursdur?” Bu dəfə tələbələr ona nədənsə gülərək cavab verirlər ki, yox onlar üçüncü kurs deyirlər. O, bir az da gedir,  lakin üçüncü qapı da nömrəsiz olur. Bu dəfə qapını açıb soruşanda ki, siz üçüncü kurssunuz, uşaqlar qəhqəqə içində deyirlər ki, yox. Sən demə hər üç qapı 313-cü auditoriyaya açılırmış və professor eyni tələbələrə eyni sualla, lakin üç fərqlı qapıdan müraciət edib.

Kiçik danışıqlara xas olan tipik səhvlər

1. “Məcburi müsahibə” (sorğu-sual)

— Oğlun səni son vaxtlarda nə ilə sevindirib?
—Kompüterlə maraqlanır, deyərdim ki, həddindən çox vaxt sərf edir.
— Bəs hansı oyunları oynamağı sevir?
— ? (həmsöhbətiniz cavab verməkdə çətinlik çəkir)
— Onun sevimli oyunları hansılardır?
— ? (həmsöhbətiniz daha böyük çətinliyə düşür)

2. “Həyatın inventarizasiyası” 

— De görüm, axır vaxtlar haralara səfər etmisən?
—Səyahətlərdən o qədər yorulmuşam ki, heç o haqda danışmağa da həvəsim yoxdur.
— Ay yazıq! Bəs şəxsi həyatında nə yenilik var ?
— Bilirsən, hərdən adam istəyir ki, heç olmasa bir-iki saatlıq hər şeydən uzaqlaşsın.
— Onda başına yaxşı nə gəlibsə ondan danış və s.

3. Böyük danışıqlarda  vəziyyətin pisləşməsi

— Əlbəttə sən bu il yenə də xizəklə sürüşməyə getməyi planlaşdırırsan. Bilirəm ki, bunu çox sevirsən.
— Hə, dekabrın 28-dən bir həftəlik dağlara gedirəm.
— Ayın 28-dən, bəs o vaxta qədər hesabatı hazırlamağı çatdıracaqsan?

4. Qıcıqlandırıcı “bədbinlik”

— Qəribədir ki, yeni il gəlib çıxıb, amma hələ heç yerdə heç nəyi bəzəməyiblər.
— Hə də, axı heç kəsdə həvəs yoxdur.
— Necə həvəs olsun ki, maaşları hələ ayın 31-də verəcəklər, heç almağa vaxtımız qalmayacaq.
— Heç premiya da olmayacaq.
— Sözsüz ki, olmayacaq və s..

“Düzgün” kiçik danışıq texnikasının kriteriyaları belədir:

  • O, xoş olmalıdır (insanları məmnun etməlidir).
  • O, cəllb etməlidir.
  • O, əla alınmalıdır.
  • O, gələcək söhbət üçün ehtiyat rolunda çıxış edir (təməl qurur).
Son xəbərlər
Digər xəbərlər