1 C
Baku
Saturday, December 14, 2024

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

Bu ilin birinci yarısında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 718.5 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 10 faiz artım deməkdir.

BP-nin cari ilin birinci yarısının yekun hesabatına əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 356 milyon dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (91 şirkət üzrə) 172.4 milyon dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 195 kiçik və orta müəssisə üzrə xərcləri 167.8 milyon dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 22.3 milyon dollar təşkil edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər