26 C
Baku
Sunday, April 28, 2024

BP şirkətinin baş icraçı direktoru Bernard Luni istefa verdi

BP şirkətinin baş icraçı direktoru Bernard Luni (Bernard Looney) istefa verib.

Bu barədə şirkətə istinadən xəbər verilir.

Onun yerinə bu vəzifənin icrası müvəqqəti olaraq şirkətin maliyyə direktor Mürrey Aukinklosa (Murray Auchincloss) həvalə edilib.

B.Luninin istefa səbəbi açıqlanmasa da onunla bağlı ötən ilin mayında başlanan araşdırmalarla əlaqədar olması ehtimal edilir: “Belə ki, anonim mənbə onun şirkətdə olan digər məsləkdaşları ilə şəxsi münasinətləri ilə bağlı davranışlarının araşdırılmasını bildirmişdi. Həmin araşdırma B.Lunini. CEO olmamışdan öncəki davranışlarında şirkətin kodeksindən kənar hər hansı hal aşkar etməyib.

Bu yaxınlarda oxşar şikayət daxil olub və araşdırma davam edir.

Gözlənilmədən istefa qərarı verən B.Luni etiraf edib ki, araşdırmalar zamanı verdiyi ifadələr heç də tam deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər