7 C
Baku
Thursday, December 12, 2024

Braziliya Bankının müştəriləri vergiləri kriptovalyuta ilə ödəyə biləcəklər

Braziliyanın ən böyük və ən qədim banklarından biri ölkə sakinlərinə vergiləri kriptovalyuta ilə ödəməyi təklif edib. “Banco do Brasil” tərəfindən fevralın 11-də yayımlanan açıqlamaya görə, Braziliya kriptovalyuta şirkəti “Bitfy” ilə birgə təşəbbüsün bir hissəsi olaraq bildirib ki, artıq vergiləri kriptovalyuta ilə ödəmək mümkündür.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu xidmət kriptovalyutaların saxlanması və qəbul edilməsi tərəfdaşı kimi çıxış edəcək “Bitfy” ilə əməkdaşlıq sayəsində mümkün olub. Bank vurğulayıb ki, istifadəçi təcrübəsini təkmilləşdirməyə yönəlmiş bu xidmətlə yanaşı, müştərilərin rahatlığı və təhlükəsizliyi standartları çərçivəsində rəqəmsal aktivlərin daha geniş yayılması planlaşdırılır.

Açıqlamada deyilir ki, kriptovalyuta istifadəçiləri üçün proses çox sadə olacaq: ekranda vergi haqqında məlumat, habelə ödəniş üçün seçilmiş kriptovalyutaya çevriləcək Braziliya realının məbləği görünəcək.

Daha əvvəl Braziliya şəhər səviyyəsində kriptovalyutalardan istifadə edərək vergi ödəmək xidmətini işə salmışdı – 2022-ci ilin oktyabrında Rio-de-Janeyroda.

2022-ci ilin dekabrında Braziliya kriptovalyutaların ölkədə ödəniş üsulu kimi istifadəsini qanuniləşdirən qanunvericilik bazasını qəbul edib.

Bundan əvvəl, 2022-ci ilin may ayında Braziliya vətəndaşlarına kriptovalyutalarla aparılan əməliyyatlara görə vergi ödəməli olduqları bildirilib. Bununla belə, Braziliyadakı bütün kriptovalyuta investorlarından əməliyyatlarını bəyan etmələri tələb olunmur. Tənzimləyici müəyyən edir ki, yalnız 35 000 realdan başlayaraq (təxminən 6 711 ABŞ dolları) kriptovalyuta ticarəti edən investorlar gəlir vergisi ödəməlidirlər.

Son xəbərlər
Digər xəbərlər