10 C
Baku
Thursday, December 12, 2024

Braziliya Prezidenti beynəlxalq ticarətdə ABŞ dollarından imtinaya çağırıb

Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ticarətdə ABŞ dollarından imtina etməyə və ABŞ valyutasına alternativlər yaratmağa çağırıb.

Onun sözlərinə görə, dolardan imtina BRİKS dövlətləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda da tətbiq edilə bilər:

“Hamı bilir ki, mən ölkələrimiz arasında ticarət üçün öz valyutamızın yaradılmasının tərəfdarıyam. Biz öz valyutalarımızda bunu edə bildiyimiz halda niyə Argentina və ya Çinlə ticarət üçün dollardan istifadə etməliyik? Bəşəriyyətin az qala yarısını ehtiva edən ölkələr niyə öz aralarında bunu müzakirə edə bilmirlər?”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər