1 C
Baku
Saturday, December 14, 2024

Brent nefti hazırda $85 ətrafında ticarət olunur

Çin iqtisadiyyatının bərpası ilə bağlı pozitiv siqnal və eləcə də ABŞ dollarının valyutalar qarşısında qismən dəyər itirməsi fonunda neft ötən həftəni 8% qiymət qazancı ilə bitirdi.

Bnaker.az xəbər verir ki, Brent neftinin bir barreli ötən həftənin ilk sessiyasına bir barreli $80 dolların altında daxil olduğu halda, həftəni $85 üzərində bitirdi. Bazar ertəsi isə Britaniya xam neft markası 0.69% ucuzlaşmaqla $84.69 səviyyəsinə düşüb.

Nyu-Yorkda əmtəə birjası NYMEX-də isə Qərbi Texas nefti (WTI) 0.91% qiymət enişi ilə $79.39-da qərarlaşıb.

İndi əsas diqqət Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) çərşənbə axşamı açıqlanacaq aylıq hesabatına yönəlib.

Bazarlar, Çin iqtisadiyyatının bərpası fonunda kartelin qlobal tələblə bağlı proqnozlarını dəyişib-dəyişdirməyəcəyini gözləyir.

Treyderlər həm də Beynəlxalq Enerji Agentliyinin (IEA) xam bazarlar üzrə neft qiymətləri və il üçün tələbatla bağlı proqnozu üçün çərşənbə günü təqdim ediləcək hesabatı gözləyirlər.

Sənaye qurumlarının məlumatlarından başqa, xam neft bazarları da bu həftə çoxlu iqtisadi məlumat və mərkəzi bank görüşlərini gözləyir.

ABŞ pərakəndə satışları, inflyasiya və sənaye istehsalı ilə bağlı məlumatlar kimi avrozona və Birləşmiş Krallıqdan gələn inflyasiya göstəriciləri də diqqət mərkəzindədir.

Bazarlar 2023-cü ildə tənəzzül qorxusunun artması fonunda iqtisadi inkişafın hər hansı bir yavaşlama əlamətini yaxından izləyir. Beynəlxalq Valyuta Fondu cari ildə potensial resessiya barədə xəbərdarlıq etməsi ilin ilk həftəsi üçün “qara qızıl” üçün neqativ nota start verdirdi.

Bu anlayış xammal bazarlarında hər hansı yüksəlişi böyük ölçüdə məhdudlaşdırdı, treyderlər dünya üzrə iqtisadi artımın yavaşlaması neft tələbinə təsir edəcəyindən qorxurlar.

 

Son xəbərlər
Digər xəbərlər