-1 C
Baku
Sunday, December 15, 2024

Bu gündən vaksinasiya ilə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır

Bu gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

“Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir.

Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

Qeyd edək ki, Azərbaycanda yanvar ayının 18-dən vətəndaşların koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

 

Son xəbərlər
Digər xəbərlər