6 C
Baku
Sunday, December 15, 2024

Bu il Azərbaycanda anbarlara 465-ə yaxın avtomobil yığılıb – Kəskin artım

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-fevral aylarında 92 milyon manatlıq məhsul
istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2.1 dəfə, maşın və avadanlıqların istehsalı 10.4 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 23 faiz azalıb.

2023-сü ilin yanvar-fevral aylarında 456 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 179 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 2.8 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər