1 C
Baku
Saturday, December 14, 2024

“Bu il Azərbaycanın nominal qeyri-neft ÜDM-i 19%-dən çox artacaq”

Bu il Azərbaycanın nominal qeyri-neft ümumdaxili məhsulunun (ÜDM) dəyəri 68.5 milyard manata çatacaq.

Bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib. Bu isə BVF-nin 2021-ci il üzrə proqnozu ilə müqayisədə 19.3% çoxdur.

BVF-nin proqnozuna görə, 2023-cü ildə nominal qeyri-neft ÜDM-i 77.7 milyard manat, 2024-cü ildə 86.1 milyard manat, 2025-ci ildə isə 93.6 milyard manat olacaq.

BVF 2026-cı ildə nominal ÜDM-in 100.8 milyard manat, 2027-ci ildə isə 108.5 milyard manat olacağını proqnozlaşdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər