Dövlət Gömrük Komitəsi (DGK) 2019-ci ilin dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığına noyabrın 5-də 100% əməl edib. 10 ay ərzində isə büdcə öhdəliyi 123% yerinə yetilirib.
Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında Komitənin sədri Səfər Mehdiyev məlumat verib.
“Bu gedişlə bu il büdcəyə 700 milyon manat əlavə vəsait köçürəcəyik”, – deyə o, qeyd edib.
Xatırladaq ki, bu il DGK-nın büdcə öhdəliyi təxminən 3,7 milyard manatdır