2 C
Baku
Saturday, December 14, 2024

Bu il tikinti materiallarının istehsalı artıb – Siyahı

Cari ilin 11 ay ərzində Azərbaycanda tikinti materiallarının istehsalında artım müşahidə olunur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 2.1 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 60.3%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 55.8%, tikinti gipsi istehsal 43.8%, tikinti kərpici istehsalı 34.2%, hörmə üçün hazır beton qarışığının istehsalı isə 33.4% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-nın məlumatna əsasən, hesabat dövrü ərzində ölkədə 3.2 mln. ton sement, 2.4 mln. ton hörmə üçün hazır beton qarışığı, 617.7 min kub metr tikinti kərpici, 175.7 min ton asfalt istehsal olunub.

Capture

Son xəbərlər
Digər xəbərlər