“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxs İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Özünüməşğulluq proqramının təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Agentlik buna görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 300 000 manat ödəyəcək.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır