9 C
Baku
Thursday, December 12, 2024

Bu reklamı hisslərə qapılmadan izləmək mümkün deyil

Gözləri yaşardan təəssüratlandırıcı sosial reklam.

Bu qısametrajlı film, yazıçı Andrea Gardnerin eyni adlı kitabının təşviqini dəstəkləmək məqsədi ilə çəkilib, reklamda bizim həyatımızda köklü dəyişikliklərə səbəb olacaq sözlərin gücündən gedir. Sözlər həytımızda olduqca radikal dəyişikliklərə gətirib çıxara bilər. Kitabın müəllifi artıq on ildir ki, reklam sənayesi sahəsində çalışır və kifayət qədər uğurlu karyera qurmağa müvəffəq olmuşdur.

O, səmimi qəlbdən və bütün gücü ilə “Change Your Words Change Your World” (Sözlərini dəyiş, dünyan dəyişsin) şüarının doğruluğuna inanır. O, insanlara öz daxili dialoqlarnı qurmağa kömək edir. Çünki yalnız belə olduqda insan həyat cilovlarını öz əllərinə ala bilir.

Videonun başlıca ideyası ondan ibarətdir ki, insan onun tərəfindən tələffüz edilən sözləri düzgün seçməlidir. Hər bir kəsin taleyi məhz bu amildən asılıdır.

{youtube}Hzgzim5m7oU{/youtube}

Son xəbərlər
Digər xəbərlər