17 C
Baku
Saturday, May 18, 2024

Bu sektorda əmək müqavilələrinin sayında 200 mindən çox artım var

2022-ci il aprel ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779 476 təşkil edib.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2019-cu ilin əvvəli ilə müqayisədə bu göstərici 239 554 vahid çoxdur.

2022-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 47 mln. 408.3 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% və ya 152 mln. 118.3 min manat artıb, daxilolmalar üzrə proqnoz 86 mln. 602.1 min manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 649 mln. 803.9 min manat təşkil edib, proqnoz 118.2% icra olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər