Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi təxminən 300 min manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilə bağlanın şirkət “V-Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Müqavilədə Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi buna görə “V-Dizayn” MMC-yə 297 647.92 manat ödəyəcək.
Qeyd edək ki, “V-Dizayn” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 1 364 000 manatdır və qanuni təmsilçisi Mahir Muradovdur.