5 C
Baku
Saturday, December 14, 2024

Büdcədən maliyyələşən müəssisələrin xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürüləcək

Nazirlər Kabinetinin (NK)1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qərar qəbul edilib.

Banker.az xəbər verir ki, bu sənədi 6 sentyabr 2017-ci il tarixdə Baş nazir Artur Rasi-Zadə imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin 6-cı hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilib:

“İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.”.

Son xəbərlər
Digər xəbərlər