Amerikanın “Burger King” fast food restoranlar şəbəkəsi Rusiya bazarına korporativ dəstəyi dayandırır.
Şirkət həmçinin marketinq və təchizat zəncirinə dəstəyi də dayandırır.
Məlumat üçün bildirək ki, “Burger King”in Rusiyada restoranları yoxdur, ancaq françayzinq əsasında fəaliyyət göstərir.
Xatırladaq ki, “McDonald’s” və “Starbucks” da Rusiyada fəaliyyətini dayandırıb.