Bu gündən etibarən “Buta Sığorta” ASC-nin qüvvədə olan sığorta müqavilələrinin “Günay Sığorta” ASC-yə keçəcəyi gözlənilsə də, bu, baş verməyib. Bu barədə “Buta Sığorta”dan bildirilib.
Məlumata görə, “Buta Sığorta” hələ fəaliyyətini dayandırmayıb və şirkətin əməkdaşları adi qaydada işini davam etdirirlər.
“Sığorta şirkəti üzərinə götürdüyü öhdəlikləri özü icra edir. Öhdəliklərin tam şəkildə “Günay Sığorta”ya nə vaxt keçəcəyi isə məlum deyil”, – deyə “Buta Sığorta”dan bildirilib.
Report