2020-сi ildə Azərbaycan üçün bir barrel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price) $78,5, 2021-ci ildə $68,4 təşkil edəcək.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub, bunu İnterfaks yazır.
İcmalda bildirilir ki, 2019-cu ildə bu göstərici $44,6 təşkil edib.
“İtkisiz qiymət” – dövlətin maliyyə itkiləri və mənfəətinin bərabər olduğu qiymət həddidir.
Bu proqnozlar koronavirus pandemiyası və dünya bazarında neftin ucuz qiymətləri nəzərə alınmaqla verilib.
BVF-nin proqnozlarına görə, cari ildə Azərbaycan üçün bir barrel neftin xarici ticarətdə itkisiz qiyməti (external breakeven oil price) $80,7, 2021-ci ildə isə $72,7 (2019-cu ildə $83,6) təşkil edəcək.
Fond 2020-ci ildə Azərbaycandan neft ixracının sutkada 0,67 milyon barrelədək (2019-cu ildə 0,71 milyon), 2021-ci ildə isə 0,65 milyon barrelədək azalacağını proqnozlaşdırır.
2020-ci il dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 55 dollardan hesablanıb.