19 C
Baku
Wednesday, May 1, 2024

Cənubi Koreyanın valyuta ehtiyatında böyük azalma qeydə alınıb

Asiyanın 4-cü ən böyük iqtisadiyyatına malik olan Cənubi Koreyanın xarici valyuta ehtiyatı sentyabrda rekord dərəcədə azalıb.

Ötən ay ölkənin valyuta ehtiyatı əvvəlki ayla müqayisədə 19.88 milyard ABŞ dolları azalaraq, 416.77 milyard dollara enib. Bu, 2008-ci ilin oktyabrında maliyyə böhranı zamanı qeydə alınmış 27.42 milyard dollarlıq azalmadan sonra ötən 14 ilin ən böyük aylıq azalmasıdır. Valyuta ehtiyatının 91 faizini təşkil edən xarici istiqrazlar 15.53 milyard dollar azalıb.

Valyuta ehtiyatının azalması hökumətin milli valyutası olan vonun məzənnəsinin zəifləməsinin qarşısını almaq üçün dollar ehtiyatından istifadə etməsi nəticəsində baş verib. Mərkəzi Bank valyuta ehtiyatının gələcəkdə vonu qorumaq və maliyyə böhranı ilə mübarizə aparmaq üçün kifayət edə bilməyəcəyi ilə bağlı narahatlıqları rədd edib. Koreya vonu ilin əvvəlindən bəri dollara nisbətdə 16 faiz ucuzlaşıb.

Qeyd edək ki, Cənubi Koreya xarici valyuta ehtiyatının dəyərinə görə dünyada 8-ci yerdədir. Sentyabr istisna olmaqla, son aylar valyuta ehtiyatı ayda 4-5 milyard dollar azalır.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər