Adobe Photoshop-un reklamında məşhur mütəxəssisi insanları elə dayanacaqda olarkən şəkillərini çəkmiş və üzərində işləmişdir.
Öz qeyri-adi fotoları ilə məşhur olan foto rəssam Erik Yohanson avtobus dayanacağında qeyri-adi fotosessiyada iştirak etdi.
İlk olaraq o, dayanacaqda avtobus gözləyən insanların şəkillərini çəkir. Daha sonra şəkillər üzərində işləyərək məzəli nəticələr alır. Bundan sonra nəticələr dayanacaqdakı reklam lövhəsində təsvir olunur.
İnsanlar ağıllarına belə gətirməzdilər ki, bir az aralıda dayanan mikroavtobusda photoshop ustası əyləşib. İnsanların öz şəkillərini gördükdə verdikləri reaksiyaları dayanacaqda gizlədilmiş gizli kameralar vasitəsilə çəkmək mümkün olub.
{youtube}BRAM8MpqIeA{/youtube}