Cənubi Afrika hökuməti koronavirusun “omikron” ştamına yoluxanlara ölkəni tərk etməyi qadağan edib.
Banker.az xəbər verir ki, “CAR ÜST-in təlimatlarını gözləyir və səyahət zamanı COVID-19 sağlamlıq protokollarının tətbiq edilməsini təmin edir. Heç bir yoluxmuş şəxsin ölkəni tərk etməsinə icazə verilmir”, – deyə mesajda bildirilir.
Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.