-1 C
Baku
Sunday, December 15, 2024

Çexiya rusiyalı milyarderin otelinin üzərinə həbs qoyub

Çexiyanın Maliyyə Təhlili Departamenti rusiyalı milyarder Vladimir Yevtuşenkovun şirkətlərinin hesablarını bloklayıb və onun Karlovı Varıdakı beşulduzlu “Savoy Westend” otelinin üzərinə həbs qoyub.

Bu barədə CT24 telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bu yolla Çexiyanın iş adamına qarşı iyunun sonunda tətbiq etdiyi sanksiya tədbirləri fəaliyyətə başlayıb.

Çexiya hökuməti Yevtuşenkovun 100 milyon çex kronu (təxminən 4.59 milyon ABŞ dolları – Red) məbləğində əmlakına həbs qoyub. Telekanalın məlumatına görə, iş adamının Karlovı Varıdakı ümumi əmlakı 500 milyon çex kronu (təxminən 23 milyon ABŞ dolları – Qeyd) dəyərində qiymətləndirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər