16 C
Baku
Thursday, May 2, 2024

“Chevron”un gələn il üçün kapital xərcləri açıqlanıb

ABŞ-ın “Chevron Corp.” neft şirkəti 2024-cü il üçün 15.5-16.5 milyard ABŞ dolları məbləğində kapital xərcləri həyata keçirməyi planlaşdırır.

Bu barədə ABŞ şirkəti məlumat yayıb.

Bildirilib ki, kapital xərclərinin əsas hissəsi Perm hövzəsi və Meksika körfəzindəki layihələrə sərf ediləcək.

Qeyd olunub ki, gələn il kəşfiyyat və hasilat (“upstream”) üzrə investisiyalar təxminən 14 milyard ABŞ dolları təşkil edəcək. Bu vəsaitin üçdə ikisi ABŞ-dəki layihələrə xərclənəcək.

Şirkət “upstream” seqmentində büdcənin təxminən 25%-ni Meksika körfəzindəki layihələrə, o cümlədən hasilatı 2024-cü ildə başlamalı olan “Anchor” neft yatağının işlənməsinə ayırmağı planlaşdırır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər