Fransız milyarder Bernard Arnonun oğlu Antuan Arno LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupuna nəzarət edən “Christian Dior SE” holdinqinin baş direktoru təyin edilib.
Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Holdinqin bundan qabaqkı baş direktoru Sidni Toledano idi. 45 yaşlı A.Arno eyni vaxtda holdinqin Direktorlar Şurasının sədr müavini təyin edilib.
“Le Figaro”nun məlumatına görə, LVMH şirkətlər qrupunun prezidenti Bernard Arno cümə günü səhər “Forbes” jurnalının dünyanın ən varlı insanları reytinqində İlon Maskı geridə qoyaraq yenidən birinci olub. Onun sərvəti 186,2 milyard dollar dəyərində qiymətləndirilir.