13 C
Baku
Saturday, April 27, 2024

Çin 11 amerikalıya qarşı sanksiya tətbiq edib

Çin 11 amerikalıya qarşı sanksiya tətbiq edib, bu barədə TASS məlumat verib.
Qeyd olunur ki, ÇXR ABŞ-ın Maliyyə Nazirliyinin Çin və Honkonq rəsmilərinə qarşı atdığı addımlara belə reaksiya göstərib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu sanksiyalar bu gün qüvvəyə minir və 11 nəfərə şamil olunur”, – deyə ÇXR-in Xarici İşlər Nazirliynin nümayəndəsi bildirir.

Xatırladaq ki, daha əvvəl ABŞ Çin Kommunist Partiyasının rəsmilərinə qarşı “Honkonqun müxtəriyyətinin və insan hüquqlarının pozulmasına görə” sanksiya tətbiq etmişdir. Vaşinqton Çini bu bölgənin müxtariyyətini ləğv etmək niyyətində günahlandırır.

Bildirildiyi kimi, 1997-ci ildə İngiltərə Honkonqu Çinə “Bir ölkə – iki sistem” şərti ilə təhvil verib. Şəhər 2047-ci ilə qədər müxtariyyətini, sakinlər isə siyasi hüquqlarını, o cümlədən söz və toplaşmaq azadlığını saxlamalıdırlar. Milli təhlükəsizlik haqqında qanun qəbul edildikdən sonra ÇXR səlahiyyətliləri bölgədə vətəndaş azadlıqlarını məhdudlaşdırmaq üçün geniş imkanlara sahib olublar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər