-1 C
Baku
Sunday, December 15, 2024

Çin Mərkəzi Bankı yuanın məzənnəsini möhkəmləndirdi

Çin Xalq Bankı (Mərkəzi Bank) cümə günü yuanın məzənnəsini 12 baza punktu artıraraq 6,8891 səviyyəsinə yüksəldib. Banker.az xəbər verir ki, tənzimləyicinin statistikasına görə, bu, ilin yanvarın 23-dən bəri ən yüksək qiymətdir.

Qeyd edək ki, pandemiya fonunda bir neçə aydır ki, yuanın dollar qarşısında dəyərdən düşməsi müşahidə olunur. Mayın 29-da tənzimləyici milli valyutanın məzənnəsini 2008-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə endirmişdir – 7,1316. Lakin bundan sonra yuan Amerika valyutasına qarşı möhkəmlənməyə başlayıb.

“Xinhua” agentliyinin cümə günü verdiyi məlumata görə, yuanın möhkəmlənməsinə ölkədə epidemioloji vəziyyətin yaxşılaşması, yuan aktivlərinin cəlbediciliyinin artması, o cümlədən dolların zəifləməsi fonunda Çin iqtisadiyyatının bərpası təsir göstərib. Bununla yanaşı, agentlik qeyd edir ki, yuan məzənnəsi olduqca çevikdir və ikitərəfli dəyişkənlik nümayiş etdirir.

2019-cu ildə ABŞ ilə ticarət müharibəsi dövründə Çinin milli valyutası tədricən dəyərdən düşməyə başlayıb. Lakin ilin sonunda iki ölkə arasında ticarət sazişinin ilk mərhələsində müəyyən irəliləyişlər əldə olunub və yuan yenidən dollara qarşı möhkəmlənməyə başlayıb. İlin sonunda eniş təxminən 1,9% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər