23 C
Baku
Friday, April 26, 2024

Çin xam neft idxalına dair kvotaları artırıb

Çin 2021-ci ildə xam neft idxalı kvotalarını 18 % artırıb. Birinci kvota 122,59 milyon ton təşkil edir ki, bu da 900 milyon barelə bərabərdir.

Bu barədə “oilexp” məlumat verib.

Daha əvvəl Çin 2021-ci ildə müstəqil neft emalçıları üçün neft idxal kvotalarını 20 % artaraq 243 milyon tona çatdırmağa hazır olduğunu açıqlamışdı.

Bu il Çin qısa karantindən sonra neft alışını artırıb. Çinli neft emalçıları neft qiymətlərinin tarixi aşağı qiymətlərindən istifadə ediblər, hökumət isə ölkənin strateji neft ehtiyatını əhəmiyyətli dərəcədə artırıb.

Dekabrda Çinin ən böyük neft emalı müəssisəsi olan “Sinopec” daxili bazarda yanacağa tələbatın 2025-ci ildə pik nöqtəyə çatacağını açıqlayıb. Bu, COVID-19 koronavirus pandemiyasının təsirindən və elektromobillərin satışının artmasından qaynaqlanır.

“Economics and Development Research Institute”un (EDRI) məlumatına görə, Çində benzinə tələbat 2025-ci ildə pik nöqtəyə çatacaq, dizel yanacağına tələbatın ən yüksək həddi isə gələn il baş verə bilər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər