Çində kriptovalyuta mayninqinə qoyulan qadağa digər ölkələrdə virtual pulların payının artmasına kömək edəcək. Xatırladaq ki, daha əvvəl Çin Mərkəzi Bankı istənilən virtual valyutanın qeyri-qanuni ödəniş vasitəsi olduğunu açıqlayıb.
Banker.az xəbər verir ki, “Financial Times” qəzetinə görə, kriptovalyuta buraxan və onun istehsalı ilə məşğul olan kompüterlər aktiv şəkildə digər ölkələrə köçürülür.
Qəzet yazır: “Məlumatlara əsasən, dünyanın on dörd ən böyük mayninq şirkəti qadağadan sonra bir neçə ay ərzində Çindən 2 milyondan çox kompüter çıxarıb”. Qeyd edək ki, bu kompüterlərin böyük hissəsi ABŞ, Kanada, Qazaxıstan və Rusiyaya gətirilib.
ABŞ-ın ən böyük mayninq şirkəti “Bit Digital”dır. Qazaxıstanda mayninq olunan kriptovalyutaların böyük hissəsi “Bitfufu” şirkətinin payına düşür. Rusiyaya isə Çindən 5 mindən çox kompüter gətirilib.