23 C
Baku
Thursday, April 25, 2024

Çingiz Abdullayev CDB Bank-da qonaq oldu

“Caspian Development Bank (CDB)”ın “Rəsmilər CDB Bank”da motivasiya və maarifləndirmə layihəsinin Mart ayı üçün nəzərdə tutulmuş qonağı məşhur detektiv yazıçısı və publisist Çingiz Abdullayev oldu. Görüşdə yazıçı həyatının və yaradıcılığının əsas istiqamətlərindən, maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən, əsərlərinin bədii xüsusiyyətlərindən söz açdı, insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin rolunu qeyd etdi.

Siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan olan, Çingiz Abdullayev bank əməkdaşlarını maraqlandıran sualları da cavablandırdı. Olduqca maraqlı, diskussiya şəraitində keçən görüşün sonunda fəxri qonağa CDB Bankın “Platinum” kartı hədiyyə edildi.

Qeyd edək ki, “Rəsmilər CDB Bank”da layihəsinin məqsədi ondan ibarətdir ki, ölkənin tanınmış siyasi-ictimai, elm və mədəniyyət xadimləri  banka qonaq qismində dəvət olunur və bank əməkdaşları ilə  “qalstuksuz” görüşlər keçirirək onlarla təcrübələrini bölüşür, bank sektorunun fəaliyyəti, inkişafı və s. mövzularda söhbətlər aparır. Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən “Onlayn yardım” xidmətinə müraciət etməklə əldə etmək mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər