2 C
Baku
Saturday, December 14, 2024

Citigroup gənc əməkdaşlardan şənbə günü istirahət tələb edib

Citigroup amerika bankı dərc etdiyi təlimatda gənc əməkdaşlara şənbə günlərində çalışmamağı və məzuniyyət haqqlarından istifadə etmələrini məsləhət görür. Bu haqqda bizə Bloomberg xəbər verir.

Beləliklə, səhmlərinə və kapitallaşdırılmaya görə ABŞ-ın üçüncü yerdə olan bankı işçilərin əmək şəraitlərinin yaxşılaşdırma Uoll- Strit kampaniyasına qoşulub.

Yeni qaydalara əsasən, bank işinin və kapital bazarının analitikiləri və əməkdaşları iş yerlərini ən gec cümə günü axşam saat 10-da tərk etməli və bazar günü saat səhər 10-a qədər qayıtmamalıdırlar.

Bu təlimatlar müvəffiq şöbələrin müdirləri Rey Makquayr və Tayler Dikson tərəfindən imzalanmışdılar.

İstirahət günlərində evlərində çalışmaq da qadağan ediləcək. Lakin onlar öz elektron poçt hesablarına nəzarət etməlidirlər. Əməkdaşların bu qaydalara riayət etmələrinə müdriyyət özü nəzarət edəcək.

Təlimatlara əsasən, istisnalara nadir hallarda rast gəlinməlidir və onlar əsaslı olmalıdırlar.

Bundan öncə oxşar qaydaları, Goldman Sachs və Bank of America kimi banklar tərəfindən tərtib edilmişdir. Onlar ümümi əməyin məhsuldarlığını yüksəltmək üçün iş vaxtını qısaltmışdılar.

Bu təlimatın tərtib olunmasının səbəbi həmçinin bugünkü günə qədər investisiya bankların bağladığı sazişlərin 2008-ci ilin qlobal böhranından öncə olan göstəricilərdən az olmasındadır. Qeyd edək ki, eyni anda maliyyə strukturları ödənilən təzminatların sayını da azaldır.

İnvestisiya banklarında iş saatların müzakirələri keçən ilin avqust ayında Bank of America bankında yeni işçi strajor Morits Erxardtın 20 saatlıq iş günündən sonra vəfat etməsindən sonra canlanır.

Son xəbərlər
Digər xəbərlər