7 C
Baku
Sunday, December 15, 2024

COP29 üçün müraciətlərin qəbulu başladı

COP29 Azərbaycan Əməliyyat Şirkəti 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbuluna başlayıb.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Konfransa hazırlıq prosesində Çərçivə Konvensiyasına daxil olan tərəflərin – 197 üzv dövlət və Avropa İttifaqı olmaqla, 198 nümayəndə heyətinin ölkə pavilyonları və ofis məkanlarının təşkili vacib əhəmiyyət kəsb edir.

Əməliyyat Şirkəti Konfrans məkanının “Göy zonasında” yer alan ölkə pavilyonlarının qurulması üzrə ilkin müraciətlə çıxış edən maraqlı tərəflərin istəklərinin tam təfərrüatlı qəbulu və tərəflərin iştirakının yüksək səviyyədə təmin edilməsinə xidmət edən müvafiq proseduru artıq hazırlayıb beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edibdir.

COP tədbirlərində geniş təcrübəyə sahib olan “Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrə tərəfdaş seçilib. Ölkələrin iştirakını asanlaşdırmaq üçün rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı” maraqlı tərəflərin istifadəsi üçün təqdim edilib. Portal nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarını ifadə etməyə və onların Göy Zonada iştirakçılığı ərəfəsində bütün zəruri əlavə xidmətləri seçməyə imkan verir.

Xatırladaq ki, bu ilin noyabr ayında Bakı Stadionu COP29 Konfransı və eləcə də Yaşıl Zona proqramı və tədbirləri üçün vahid məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcək. BMT-nin təşkilatçı qrupu ilə birgə Stadionun ərazisini COP29-un Göy və Yaşıl Zonalarına ayıran müfəssəl plan tamamlanma mərhələsindədir.

Son xəbərlər
Digər xəbərlər