COVID-19 pandemiyası bizə bir sıra miflərin əslinə nə demək olduğunu göstərdi. Onlar aşağıdakılardır:
Mif 1: Öz eviniz sizə “kök” salmağa imkan verəcək.
Bir çox insan evlərini tərk etdi və ya ipoteka və icarə haqqını ödəməyi dayandırdı. Görək, bu evlərin həqiqi “sahibi” kimdir.
Mif 2: Universitet – təhsil almaq və iş tapmaq üçün ən yaxşı yoldur.
Universitetlər tələbələri evə göndərdi, təhsil və icarə haqqını qaytarmaqdan imtina etdi, ponların təşkil etdiyi onlayn kurslar isə səviyyə baxımdan məktəblərlə müqayisə edilməzdir. Əlvida, Universitet!
Mif 3: ailə qurmaq tək qalmamaq üçün zəmanət deyil.
Karantin dövründə boşanma ilə əlaqədar vəkillərə edilən müraciətlərin sayı 50-100% artdı.
Mif 4: Uşaqlar həyatın mənasıdır.
Pandemiya dövründə uşaqlara qarşı zorakılığın kəskin artması qeydə alınıb və bu, dəhşətli bir şeydir. Ümid edirik ki, bu kabus tezlikdə nəzarət altına alınacaq.
Mif 5: Uğurlu olmaq üçün şərəfsiz olmaq lazımdır.
İndiki şəraitdə “uğur” pul demək deyil. Uğur – qeyri-müəyyənliyin öhdəsindən gəlmək bacarığıdır. Bütün bunlar bitdikdən sonra müvəffəqiyyət bu qeyri-müəyyənliyin öhdəsindən nə qədər yaxşı gəldiyinizə görə qiymətləndiriləcəkdir.
Mif 6: Xeyriyyə yardımları mərhəmətli olmağınız deməkdir.
Başqalarına kömək etməyin yüzlərlə yolu var. Hazırda könüllü fəaliyyət və GoFundMe-də ehtiyacı olanlara ianələr populyarlıq qazanır. Başqalarına xidmət etmək – stressi azaltmağın ən yaxşı yoludur.
Mif 7: Prokrastinasiya pis bir şeydir
Bəlkə, prokrastinasiya yeni maraqlar tapmaq və sevmədiyiniz işdən ayrılmaq üçün əlavə fürsətdir?
Mif 8: Dünyanı dəyişdirmək üçün danışmaq lazımdır.
Dünyada görmək istədiyiniz dəyişiklikləri həyata keçirin, bu isə səs vermək hüququndan daha önəmlidir. Bütün günü sosial şəbəkələrdə mübahisə edən insanlar kimisə inandıra bilcəyinə ümid edirlər və bu tamamilə mənasızdır.
Mif 9: Az yatmaq məhsuldarlıq üçün faydalıdır.
Bəzi mütəxəssislər illərdir bunu iddia edirlər. Bu belə deyil. Aydındır ki, yuxu immunitet sisteminin əsas stimulyatorlarından biridir.
Mif 10: İndi insanlar 40 min il əvvəlkindən daha ağıllıdırlar.
Müqaysə edin: 40 min il əvvəl insan HƏR meyvəni, heyvanı, yırtıcını və bitkini tanıyırdı. Bu gün insanlar bir-birini “liberallar” və “faşistlər” adlandırırlar. Sonra da “Tiger King” ə baxırlar.
Mif 11: Ekspertlər həmişə haqlıdırlar.
Harvard alimləri dünyada ölənlərin sayının 140 milyona çata biləcəyini proqnozlaşdırırdılar.. Nə?? Bu proqnozların yalnışlığı göz qabağındadır, lakin buna baxmayaraq ölkələr iqtisadiyyatlaırnı bağlamaq qərarına gəldilər.
Mif 12: Pul bütün problemləri həll edir.
İndiki vəziyyətdə pul faydasızdır. Əhəmiyyətli olan tək şey daxili gücdür.
Mif 13: Mənim ailəm – “mənim ailəm” dir.
Bunu bir neçə həftədir bütün vaxıtnı evdə ailəsi ilə keçirən insanlara deyin. Əminik ki, bir çoxları başqa ailəyə sahib olmağı üstün tutardı. Toksik insanlarla ünsiyyəti kəsin. Həyat çox qısadır.