“Burintek” elm-istehsalat müəssisəsi MMC-nin (Rusiya) Azərbaycandakı ”Burintex Azərbaycan” nümayəndəliyi ləğv olunduğu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 25A ünvanına bildirə bilərlər.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalink Logistics Group Ltd.” şirkətinin Azərbaycan nümayəndəliyi də ləğv olunduğu elan edib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirməlidir.
Eləcə də, “Colgate-Palmolive” Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycandakı nümayəndəliyi 15 sentyabr 2017-ci il tarixindən ləğv olunduğunu elan edir.
Oxu.Az “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.