15 C
Baku
Friday, March 29, 2024

Daha bir ölkə Bitcoin-i qanuniləşdirmək niyyətindədir

Özbəkistanda artıq müvafiq qanun layihəsinin hazırlanmasına start verilib

Özbəkistanda kriptovalyuta qanuniləşdiriləcək

Özbəkistan bitcoin kriptovalyutasını qanuniləşdirməyə başlayıb.

Ölkənin Prezidenti Şavkat Mirziyayevin fərmanına əsasən, “elektron pulları” tənzimləyən qanun 1 sentyabr tarixinə qədər hazırlanmalıdır. Hazırlıq işləri ilə Mərkəz Bank, İnformasiya Texnologiyaları və Rabitə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi məşğul olacaq.

Mirziyayev həmçinin “Mirzo Uluqbek” İnnovasiya Mərkəzində xüsusi Blockchain texnologiyaları şöbəsinin açılması üçün göstəriş verib. Bu təşəbbüsün məqsədi blockchain-in imkanlarından istifadə etmək üçün şərait yaratmaqdır. Yeni şöbə yerli mütəxxəsislərin ixtisaslarının artırılması və onların dəstəklənməsi üzərində işləyəcək. Mərkəz 2018-ci il 1 iyun tarixindən fəaliyyətə başlamalıdır. Texnologiyaya marağın artması Özbəkistanda kriptovalyutaların əldə olunma xərclərinin aşağı olması ilə izah olunur. Bu ölkə elektrik enerjisinin aparıcı istehsalçısı olduğu üçün, burada bir Bitcoin istehsalı 1,790 dollara başa gəlir.

Son xəbərlər
Digər xəbərlər