“İcbari Sığortalar Haqqında” qanunun tələblərinə müvafiq olaraq “A-Qrup Sığorta” ASC İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.
Banker.az bu barədə Büroya istinadən xəbər verir.
İştirakçı sığortaçılarla İSB arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.
Sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün “Sığorta Fəaliyyəti Haqqında” və “İcbari Sığortalar Haqqında” qanunların tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməlidir.